Dünyanın ən böyük satış saytlarından biri olan Amazonda satış etmək üçün Amerikda bir şirkətinizin olmasına ilk mərhələdə ehtiyac yoxdur. Fərdi yaxud professional hesab açaraq satış edə bilərsiniz.
Azərbaycanda yaşayıb Amazonda satış etmək üçün Amerikada hesab aça bilərsiniz. Bildiyiniz kimi bunu Payoneer.com ilə həll edirik.
Amazonda.com da önəmli olan doğru məhsulu tapmaq, inkişaf etdirmək və satış etməkdir.
Amazon.com da satış edə bilmək üçün hesablarınızı açdıqdan sonra məhsulunuzu Azərbaycandan, Türkiyədən və ya Alibaba.com sayəsində tapdığınız tədarükçüdən Amazon anbarlarına göndərərək satışa çıxara bilərsiniz. Amazon.com satışdan əldə etdiyiniz gəlirləri aldığı komissiya haqqını və reklam xərcləri çıxdıqdan sonra sizin Payooner hesabınıza göndərir. Payoneer də yığılan məbləği istər köçürmə ilə Azərbaycandakı hesabınıza göndərə bilər istərsəniz də Payoneerin sizə göndərdiyi ön ödəməli debit kart ilə ATM-lərdən çəkə bilərsiniz.
Satış fəaliyyətinizdən gələn gəlir bəlli bir məbləği keçmədikcə gəlir vergisi ilə bağlı ciddi bir problem yaşamazsınız. Gəlir vergisi ödəməli olduğunuz səviyyəyə çatdığınızda şirkət qurmaq sizin üçün faydalı olacaqdır. Şirkət quraraq xərclədiyiniz məbləği vergidən çıxa bilərsiniz. Ancaq sizlərə tövsiyəmiz iş həcminiz böyümədən şirkət qurmamağınızdır.
Bundan başqa Payoneerdə toplanan qazancınızı Alibaba.com da etdiyiniz alımlarda istifadə edə bilərsiniz. Bu üsulu istifadə edəndə valyuta fərqi yaranmaz və siz zərərə getməzsiniz. Bunun sayəsində pulunuz Azərbaycana girişi olmadan məhsul ala bilər və sata bilərsiniz. Sadəcə əldə etdiyiniz qazancları Payoneerdən çəkə bilərsiniz. Bu da iş həcminizi çox göstərməz və şirkət qurmağınıza ehtiyac qalmaz.
Şirkət olmağın böyük üstünlüklərindən biri, Amazon piratlarının listinizə girərək sizdən daha aşağı qiymətə satış etməsinin qarşısını ala bilərsiniz. Ancaq yeni başlayanda piratların mağazanıza girməsinin qarşısını alacaq fərqli üsullarla mağazanızı qoruya bilərsiniz.