• Bakı, Mammad Rahim, 4a, AZ1073

Amazonda Məhsul Listingi

pattern

Amazonda Məhsul Listingi

Amazonda qazanmaq istəyənlər üçün hər şey məhsul siyahısından başlayır. 

Məhsul siyahılaşdırması yalnız məhsula müştərilərin diqqətini çəkmək üçün alət yox , eyni zamanda markanızın Amazondakı giriş nöqtəsidir. Bu ciddiyə alınacaq bir məqamdır.

Yaxşı bir Amazon siyahısı yaratmaq o qədər də qarmaşıq bir şey deyil. Ancaq proses bəsit olsa da, başlamadan öncə tam anlamaq istəyəcəyiniz bəzi nüanslar var.

Bu yazıda hər kəsin istifadə edə biləcəyi araşdırma əsaslı metodlara söykənən Amazon məhsul siyahılalarınızı necə qurmanız və çevirməniz mövzusunda bir bələdçi olacağıq. Bir Amazon məhsul siyahılaşdırmasının hər bir addımını detallı bir şəkildə incələyəcəyik və siyahılarınızı optimallaşdırmaq üçün yardımçı olacaq strategiyalar və taktikalar qeyd edəcəyik.

Başlayaq.


Amazon məhsul siyahılaşdırmasının anatomiyası

Əvvəlcə anlayışı dəqiqləşdirək.

Amazon siyahısı Amazonda satdığınız məhsulların hər birinin məhsul səhifəsidir. Bir siyahının təməl hissələri bunlardır:

Başlıq

Fotolar

Qiymət

Məhsul detayları

Açıqlama
 

1. Məhsul başlığınız necə olmalıdır?

Amazon başlıqda 500 xaraketər yazılmasına icazə verir. Bu qədər çox xarakterlə əslində başlığınızı mini reklama çevirə bilərsiniz və bunu etməlisiniz. Bütün bunların məhsulunuz üçün keçərli olduğunu düşünsək, marka, məhsul adı, model nömrəsi, rəng , ölçü və növ kimi bilgiləri daxil edin. İnsanların bütün maddələri oxuyacağına arxayın olmayın, mümkün olduqca çox bilgini başlıqda yazın.


2. Görüntülər necə olmalıdır?

Hər məhsul siyahısının 7 fotosu olmalıdır. Bu ipucu olduqca bəsitdir, ancaq doğru etmək istəyəcəyiniz bir neçə şey ola bilər. 

İlk olaraq məhsulunuzu müxtəlif aspektlərdən tamam bəyaz bir arxa fon üzərində göstərin. Bəli, insanlar profillə bərabər məhsulu hərtərəfli nəzərdən keçirmək istəyirlər.

İkincisi, özəlliklə geyim üçün məhsulunuzu istifadədə göstərin. Geyilməsi, istifadə edilməsi və s. Sviterlər modellərin əynində olmalı, mətbəx bıçaqları təzə bibərləri kəsməlidir.

Son olaraq fotolarınızın uyğunluğundan əmin olmaq istəsəniz, https://www.amazon.com/gp/help/customer/display.html?nodeId=200109520

bu linkdən məlumat ala bilərsiniz.



3. Qiymətiniz necə olmalıdır?

Deməyə ehtiyac yoxdur, rəqabətə davamlı bir qiymətləndirmə Amazonunn qurucusu Jef Bezosun e-ticarət rəqabətini necə planladığını danışanda bu məşhur sözlərini düşünün:

“Sizin qiymətiniz mənim fürsətimdir”-Jef Bezos

 

4. Çeşidləriniz necə olmalıdır?

Məhsulunuzda rəng, bədən və s. Fərqliliklər varsa, bir istehlakçının seçim edə biləcəyi seçimləri tək bir məhsul siyahısında yəqin ki, qeyd etmək istərsiniz. Məhsulla bağlı tək bir şey bir çeşid olaraq sinifləndirilə bilirsə,yəni rənglər və ölçüləri fərqlidirsə, birdən çox Amazon siyahısı yaratmayın. Eyni siyahıda çeşid( varyasyon) olaraq qeyd edin. 


5. Bullet Points (detaylar) necə olmalıdır?

Başlıq, qiymət və çeşidlərin altında;Əlavə məhsul detaylarını geniş məlumat maddələri şəklində siyahılaşdırmaq üçün üçün geniş bir yeriniz var. Hər biri maksimum 500 xarakterdən ibarət beş maddə işarəsi üçün yeriniz var. Hər bir işarəni 500 xarakter ilə yükləməyin.

Sırasıyla, cəlbedici şəkildə, məhsulun avantajları və xüsusiyyətləri haqqında dolğun məlumat yazaraq maddə ballarınızı güclü edin. Bundan bsşqa, daha öncə yaratdığımız açar sözlər siyahısının tozunu atmaq və bunları təkrar istifadə etmək üçün çox yaxşı bir zamandır. 

Bullet Points işarələri bölümü həqiqətən vacibdir, çünki istifadəçi başlıq, qiymət və ya çeşidlərlə satılmazsa malınızı satan məhz məhsul detayları hissəsi olacaqdır.

Bullet points işarələrinin hər zaman mobil cihazlarda görünmədiyini unutmayın.


6. Açıqlama hissəniz necə olmalıdır?

Bu başlığınız, Bullet Point işarələriniz və ya fotolarınız qədər önəmli olmasa da siyahılaşdırma üçün böyük əhəmiyyət kəsb edir.

Açıqlamanız haqqında bilməli olduğunuz ilk şey qiymətiniz ilə şərhləriniz arasında, ekranın alt qismndə yer almasıdır. Bu mənada, ekranın üst qismində siyahılaşdırılan təməl detallardan başqa daha çox araşdırma edən seçici alıcılara satış edə bilmək üçün əla bir yerdir.

Yəqin ki, açar sözlərinizi açıqlamanızı doldurmaq üçün istifadə etmək istəyəcəksiniz, ancaq alqoritm üçün deyil, bunu mütləq insanlar üçün yazacaqsınız. Burada alt paraqraflarınızı qısa və özlü edin. Oxuyucuya yuxarıda gözdən qaçıra biləcəyi diqqətçəkən məlumatları verin.

Açıqlama hissəsində fotolar istifadə edə biləcəyinizi( və ya istifadə etməli olduğunuzu) unutmayın.