• Bakı, Mammad Rahim, 4a, AZ1073

Amazonda Hansı Kateqoriyalar Bütün Satıcılara Açıqdır?

pattern

Amazonda Hansı Kateqoriyalar Bütün Satıcılara Açıqdır?

Amazonda açıq və qapalı kateqoriyalar var. Qapalı kateqoriyalar odur ki, hər yeni satıcı lisenziya tələb edən məhsulları birbaşa girib satış edə bilmir. İcazə verilməyən kateqoriyalara qapalı kateqoriyalar deyilir. Bu kateqoriyalarda satış etmək üçün həmin kateqoriyanın tələb etdiyi lisenziyaları və sənədləri göndərib Amazondan təsdiq alıb həmin kateqoriyanı açdıraraq satış edə bilərsiniz. Qapalı kateqoriyaya misal olaraq qida kateqoriyasını misal göstərmək olar. Qida kateqoriyasında satış etmək üçün FDA lisenziyasını aldıqdan sonra həmin kateqoriyanı açdırıb məhsulunuzu sata bilərsiniz. 

Bəs hansı kateqoriyalar heç bir sənəd istəmədən hər kəsə məhsul satışına icazə verir. 

Bunlar arasında:

Baby (Uşaq)

New & Used Books (Yeni & İkinci Əl Kitablar – Kolleksiya Kitabları xaric)

Camera & Photo (Kamera & Foto)

Consumer Electronics  (İstehlakçı Elektronikası)

Fine Art (İncəsənət – yeni satıcı qeydiyyatı məhdudiyyətlidir)

Home & Garden (Ev & Baxça)

Kindle Accessories (Kindle Aksesuarları)

Musical Instruments (Musiqi alətləri)

Office Products (Ofis məhsulları)

Outdoors (Açıq hava)

Personal Computers (Personal kompüterlər)

Pet Supplies (Ev heyvanları məhsulları)

Software (Proqram yazılması)

Sports (İdman)

Tools & Home Improvement (Alət & Ev dekorasiyası)Toys (Oyuncaqlar)

Video Games  (Video Oyunları)

Bunu yaddan çıxarmayaq ki, qapalı kateqoriyadakı rəqabət açıq kateqoriyada olan rəqabətdən çox azdır. Açıq kateqoriyada rəqabət çox yüksəkdir.